Gömrükdə mallar 1 aydan çox SAXLANILMAYACAQ

19:27 28.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gömrük Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların müvəqqəti saxlanma müddəti maksimum 1 ay olacaq.

Hafta.az xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Layihəyə görə, mallar müvəqqəti saxlanca sadələşdirilmiş bəyannamə və gömrük orqanının aktı əsasında yerləşdiriləcək. Saxlanma müddəti malların xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək, lakin 1 aydan artıq ola bilməyəcək.